Partnyorlarımız

GoldenPay nədir?

GoldenPay – Azərbaycanda ilk onlayn ödəmə xidməti provayderidir. Bu sistem yerli şirkətlərə və onların müştərilərinə Visa və MasterCard vasitəsilə prosessinq ödəmə mərkəzləri və yerli banklarla əlaqə saxlamağa imkan yaradır. Başqa sözlə desək, GoldenPay şirkətlər və onların müştərilərinə İnernet vasitəsi ilə alış-veriş etməyə, xidmətlər göstərməyə və ya almağa imkan yaradır.

GoldenPay - Azərbaycanda elektron kommersiya üçün effektiv mühitin yaradılmasında ilk addımdır. Müasir dünyada elektron kommersiyanın populyarlığı son dərəcə artıb və iqtisadi təkmilləşdirmə üçün həyati əhəmiyyət daşıyır. Yerli şirkətlərin və onların müştərilərinin hazırda bu tendensiyadan öz maraq və ehtiyacları çərçivəsində istifadə etmək imkanı var. Şirkətlər öz bazarlarının həcmini yerlidən başlayaraq qlobal bazaradək artıra bilərlər, müştərilər isə məhsulların daha böyük müxtəlifliyindən faydalana bilərlər (alış-veriş etmək heç vaxt belə asan olmayıb).