Partnyorlarımız

Bu necə işləyir?

Onlayn məhsul və ya xidmət almaq istəyən istənilən müştəri şirkətin vebsaytına daxil olur, istədiyi məhsul və xidməti seçir. Sonra müştəri onlayn ödəniş veb saytına istiqamətləndiriləcək. Müştəri öz kredit kartının məlumatını bu “super təhlükəsiz” sayta daxil edir. Bundan sonra ödəniş sistemi məlumatı (heç bir təhlükə olmadan) prosessinq mərkəzinə göndərir və burada ümumi ödəniş məbləği müştərinin kartından şirkətin bank hesabına köçürülür. Bütün bu işlər təxminən 3 saniyə vaxt alır. Əməliyyat başa çatdıqdan sonra, şirkət alınmış məhsulu çatdırılmalı və ya xidməti müştəriyə göstərməlidir.

Yuxarıda göstərilmiş prosesin Azərbaycanda həyata keçirilməsi üçün, GoldenPay MilliKart prosessinq mərkəzindən istifadə edir. Satıcı şirkətin isə xüsusi elektron kommersiya hesabı olmalı və bu hesab Azərbaycanda UniBank və ya DəmirBank banklarında açılmalıdır.

Müştərilərin isə istənilən yerli və ya digər ölkə banklarından alınmış Visa/Visa Elektron və MasterCard/Maestro kartlarından birinə sahib olması və istifadə edə bilməsi kifayətdir.