Necə qoşulaq?
Elektron dükan, vebsayt , istənilən digər vebəlavəniz artıq varsa,və siz onlayn ödəmə xidməti almaq istəyirsinizsə, o zaman GoldenPay-ə qoşulmaq daha asandır. Sizə yalnız bizim ofisimizə zəng etmək (+994 12 510 1713) və ya info@goldenpay.az ünvanımıza məktub yazmaq lazımdır. Biz sizin tələbatlarınızı müzakirə etmək üçün görüş təyin edəcəyik. Elektron dükanınız, vebsaytınız və ya digər vebəlavəniz yoxdursa, o zaman “SilverKey Azərbaycan” sizə kömək etməyə şad olacaq.
Sizinlə ilk görüşdən və biznes fəaliyyətinizlə tanışlıqdan sonra, müqavilə bağlamaq prosesinə başlayacağıq. Müqavilə imzalanacağı halda sizin biznes planınızı və şirkətin qeydiyyat sənədlərini tələb edə bilərik. Sizə həmçinin elektron kommersiya üçün bank hesabları açmaq lazım gələcək. Bunu yalnız UniBank (Visa) və DəmirBank (MasterCard) banklarında etmək olar, çünki UniBank “Visa International”-dan “Verified by Visa”, DəmirBank isə “MasterCard SecureCode” lisenziyalarını almışlar və bu xidməti göstərməyə tam hazırdırlar.



